Amerikalı aktyor Con Uesli vəfat etdi

9 Sentyabr 2019 17:41 (UTC+04:00)

Aktyor Con Uesli 72 yaşında vəfat edib.

Rusiya mətbuatına istinadən verilən xəbərə görə, aktyor onkoloji xəstəlikdən dünyasını dəyişib.

Vyetnam müharibəsinin iştirakçısı olan aktyor “Beverli-Hillzdən olan prins” və “Freyzer” kimi sitkomlarda rol alıb.

O, 1985-ci ildə Çak Norrislə, 1992-ci ildə Silvester Stallone ilə tərəf müqabili olub. (APA)