Beren Kənanla ayrılıq xəbərlərinə son qoydu - FOTO

9 Sentyabr 2019 18:53 (UTC+04:00)

Aktrisa Beren Saat müğənni Kənan Doğuludan boşanacağı iddialarına son qoyub.

Kənanın “Yaparım bilirsin” adlı ilk albomunun 26-cı ildönümü münasibətilə İnstqram paylaşımına Berendən reaksiya gecikməyib. Müğənninin “Həmin günkü həyəcanımı təsəvvür etmək mümkün deyil. Professional səhnəyə atdığım ilk addım idi” sözlərinə aktrisa ürək işarəsi qoyub. Bu isə 2014-cü ildən evli olan cütlüyün ayrılıq dedi-qodularının yalan olduğunu təsdiqləyib.

Xatırladaq ki, bu yaxınlarda Beren Saatla DJ Maqanın sevgili olması şayiələri yayılmışdı. Buna səbəb isə gecə klublarının birində Maqanın yanındakı xanımın aktrisaya bənzədilməsi olmuşdu.(qafqazino.az)

AzNews.az