İnformasiya agentliklərindən türk dilinə qadağa
14 May 2013 13:49 (UTC+04:00)
İranın rəsmi informasiya agentliyi İRNA və "Fars" türk dilində yayımladıqları xəbərlərə son qoyub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2005-ci ildə türk dilində də xəbər yayan İRNA artıq bu ənənəsinə son qoyub.
Aprelin 20-dən isə digər xəbər agentliyi olan "Fars" türk dilində xəbərlər olan bölməsini yeniləmir.
Bunun səbəbləri açıqlanmır. Lakin hadisənin iqtisadi məsələlərdən qaynaqlandığı ehtimal olunur.
AzNews.az