Putin 30-a yaxın general və polkovniki istefaya göndərdi

10 Sentyabr 2019 14:36 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarındakı 30-a yaxın general və polkovniki vəzifəsindən azad edib.

Bu məlumatı “Kommersant” yayıb.

Vəzifədən həmçinin Rusiya İstintaq Xidmətinin Krımdakı Baş İstintaq İdarəsinin rəhbəri general-leytenant Mixail Nazarov və Dağıstan İstintaq İdarəsinin rəhbəri general-leytenant Sergey Dubrovinin azad edildiyi vurğulanıb. Dubrovinlə bərabər onun müavini Tuqay Tuqayevin də vəzifədən azad edildiyi qeyd edilib.

Dubrovinin istefa haqqında raport yazdığı bildirilib. Bunun Qaraçay-Çərkəz Respublikasından olan keçmiş senator Rauf Araşukov və atası Raulun cinayət işlərinin araşdırılması ilə əlaqədar olduğu vurğulanıb. (Axar.az)