Ağstafada 2 avtomobil toqquşdu - 1 ölü, 1 yaralı var

10 Sentyabr 2019 15:32 (UTC+04:00)

Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 9-da saat 17 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində kənd sakini Elvin Heydərovun idarə etdiyi “VAZ-2121” və R.Fərəcovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə E.Heydərov hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.