Stoldan yıxılaraq ağır xəsarət alan 3 yaşlı körpə öldü - Kürdəmirdə

10 Sentyabr 2019 15:42 (UTC+04:00)

Kürdəmir rayonunun Sığırlı kəndində stoldan yıxılaraq ağır xəsarət alan 3 yaşlı körpə uşaq ölüb.

Qapalı kəllə-beyin travması alan 2016-cı il təvəllüdlü İlham Eminovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, uşaq evdə masanın üzərindən nəzarətsiz qaldığı üçün yıxılıb. (Report)