Sumqayıtda 59 yaşlı kişi kafedə öldü

10 Sentyabr 2019 16:52 (UTC+04:00)

Sumqayıtda kafedə ölüm hadisəsi baş verib.

Hadisə şəhərin İnşaatçılar küçəsində yerləşən kafelərdən birində qeydə alınıb.

Kafedə işləyən, 1960-cı il təvəllüdlü Həsənov Etibar Mirzəağa oğlunun vəziyyəti qəflətən pisləşib.

Əraziyə təcili tibbi yardım çağırılıb və həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (APA)