İnsansifətli buzov doğuldu - VİDEO

10 Sentyabr 2019 17:40 (UTC+04:00)

Argentinada fermerlər heyvanlarını otararkən mutant buzov tapıblar.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Vila Ana kəndində qeydə alınıb.

Kiçik burun və ağız ilə doğulan, insan üzünə bənzəyən mutant buzov yalnız bir neçə saat yaşayıb.

Buzovun anonim fermer tərəfindən çəkilən videoları YouTube-da 274 000 dəfə izlənilib.

Buzov qeyri-adi üz quruluşuna görə sakinlər tərəfindən "insan" adlandırılıb.

Yerli mütəxəssisin sözlərinə görə, buzov deformasiya olunmuş kəllə ilə anadan olub, bu da ona dəhşətli bir görünüş verib.

Genetika üzrə ekspert Nikolas Manyaqo yerli mətbuata açıqlamasında bunun "nadir genetik mutasiya ola biləcəyini" deyib.

"Bu, onun genetik ardıcıllığını dəyişdirən mutagen, fiziki, kimyəvi və ya bioloji maddələrin təsirindən yaranan spontan mutasiyadır".

Pərvanə

AzNews.az