İranda Aşurada faciə - Ölən var

10 Sentyabr 2019 18:00 (UTC+04:00)

İranın qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Əhər rayonunun Əliabad məhəlləsində pikap avtomobili Aşura günü mərasimini qeyd edən kütlə ilə toqquşub.

Bunu İranın Şərqi Azərbaycan vilayətinin tibbi hadisələr və təcili yardım mərkəzinin direktoru Murtaza Hüseynzadə deyib.

M.Hüseynzadənin sözlərinə görə, qəza nəticəsində 9 yaşında uşaq həlak olub, 5 nəfər ağır xəsarət alıb.

M.Hüseynzadə əlavə edib ki, yaralılar vəziyyəti ağır olduğuna görə dərhal Təbrizə göndərilib. (Trend)