Bakının mərkəzində “Porsche” qəza törətdi - FOTOLAR

10 Sentyabr 2019 18:21 (UTC+04:00)

Bakının mərkəzində yol qəzası baş verib.

Hadisə paytaxtın Nəsimi rayonu, Lev Tolstoy və Səməd Vurğun küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, “Porsche panamera” markalı 90-AD-073 dövlət nömrə nişanlı avtomobil dönmə əməliyyatı zamanı Səməd Vurğun küçəsi istiqamətindən gələn “Ford” markalı 99-HX-126 dövlət nömrə nişanlı yük maşınını yandan vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.(report.az)

AzNews.az