Gənc qadın iki övladı ilə birgə itkin düşdü

10 Sentyabr 2019 20:40 (UTC+04:00)

Şəmkirdə ana və iki azyaşlı övladı itkin düşüb.

Rayonun R.Əliyev küçəsində yaşayan, 1991-ci il təvəllüdlü Nərminə Məmmədova və azyaşlı övladları - 2011-ci il təvəllüdlü Samir və 2014 -cü il təvəllüdlü Seymurla birlikdə evdən çıxaraq naməlum istiqamətə gediblər.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az