Ermənistanda ard-arda iki zəlzələ oldu

10 Sentyabr 2019 20:52 (UTC+04:00)

Ermənistan ərazisində ard-arda iki zəlzələ olub.

Bu barədə Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi məlumat yayıb.

İlk zəlzələ 5,2 bal olmaqla Tbilisi vaxtı ilə saat 20:22-də, ikincisi isə 4,2 bal olmaqla saat 20:24-də qeydə alınıb.

Birinci zəlzələnin episentri Gürcüstan sərhədindən 9 kilometr, digəri isə 5 kilometr aralıda Ermənistan ərazisində olub.

X X X

Ermənistanda 5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Gürcüstan ərazisində də hiss olunub.

Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzinin yaydığı məlumat görə, zəlzələnin episentri Gürcüstan sərhədindən 5 kilometr aralıda - Ermənistan ərazisində yerləşib.(report.az)

AzNews.az