"Avropa İttifaqı 10-20 il ərzində dağıla bilər"

11 Sentyabr 2019 01:56 (UTC+04:00)

Avropa İttifaqı Xarici Əlaqələr Şurası 14 Aİ ölkəsində sorğu keçirib.

AzNews.az xəbər verir ki, sorğunun nəticələri "Güclü Bir Avropa Xarici Siyasətinə Dəstək - İnsanlara İstədiklərini Verin" başlıqlı hesabatla açıqlanıb.

Anket iştirakçıları Aİ-nin artıq ABŞ-ın təhlükəsizlik təminatına bel bağlamamalı olduğunu iddia edir.

Təhlükəsizlik, iqtisadiyyat və bərabərsizlik mövzusunda narahatlığı olan insanların üçdə biri üzv ölkələr arasında münaqişə baş verəcəyini düşünür.

Sorğu iştirakçılarının 40%-nin fikrincə, Avropa İttifaqı 10-20 il ərzində dağıla bilər.

Onlar belə olacağı təqdirdə ən böyük zərərin Çin, Rusiya və ABŞ kimi qlobal güclərə qarşı birlikdə hərəkət etməmək olacağını düşünür.

Sorğu iştirakçıları "Gələcəkdə neçə Qərbi Balkan ölkəsi Aİ-yə qatılmalıdır?" sualına da cavab verib.

İnsanların Almaniyada 46%, Avstriyada 44%, Fransada 42%, Niderlandda 40%, Danimarkada 37%-i heç bir Qərbi Balkan ölkəsinin birliyə qatılmağını istəmir.

Pərvanə

AzNews.az