Rusiya neftimizin tranzitini dayandırıb

14 May 2013 14:57 (UTC+04:00)


Rusiya hökuməti Azərbaycan neftinin RF ərazisi ilə tranzitinə dair iki ölkə arasında 1996-cı il yanvarın 18-də imzalanmış sazişin qüvvədən düşməsinə dair qərar qəbul edib.

APA-nın məlumatına görə, qərar Rusiyanın baş naziri Dmitri Medvedev tərəfindən mayın 5-də imzalanıb və bu gün dərc olunub.

Xatırladaq ki, Azərbaycan nefti Rusiya ərazisi ilə Bakı-Novorossiysk kəməri vasitəsilə nəql olunub.

AzNews.az