Sumqayıtda avtomobil piyadanı öldürdü

11 Sentyabr 2019 09:24 (UTC+04:00)

Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Dünən axşam saatlarında avtomobil yolunu keçmək istəyən piyada 1945-ci il təvəllüdlü Quliyeva Adilə Baydulla qızını maşın vurub.

Qəza nəticəsində ağır xəsarətlər alan piyada Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 74 yaşlı qadını xilas etmək mümkün olmayıb və o xəstəxanada ölüb.

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktlıa bağlı araşdırma aparılır. (APA)