Astarada 7 otaqlı ev yandı

11 Sentyabr 2019 05:05 (UTC+04:00)

Astara rayonunun Şahağac kəndində ümumi sahəsi 260 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 4 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.