Çindən ABŞ məhsulları ilə bağlı yeni qərar

11 Sentyabr 2019 10:33 (UTC+04:00)

Çinin yayımladığı gömrük vergilərindən azad edilən ABŞ məhsulları siyahısında soya, donuz əti və qarğıdalı yer almayıb.

Siyahı 17 sentyabrdan etibarlı olacaq.

Əlavə vergilərdən azad edilən məhsulların siyahısı Çin Ticarət Nazirliyinin veb saytında yerləşdirilib.

Çinin əlavə gömrük rüsumları üçün variantları araşdırmağa davam edəcəyi və digər bir siyahını daha sonra açıqlayacağı bildirilib. (marja)

AzNews.az