ABŞ-da qatar aşdı - Ətrafa zəhərli maddə yayıldı

11 Sentyabr 2019 10:46 (UTC+04:00)

ABŞ-ın İlinoys ştatında partlayış baş verib.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, qatarın qəzaya uğraması nəticəsində 14 yük vaqonu relsdən çıxıb və ətrafa kimyəvi maddə yayılıb.

Hadisə yerində çəkilmiş kadrlarda metilizobutilketon adlanan alışqan maye daşıyan vaqonlardan çıxan böyük alovlar görünür.

Zərərçəkənlər haqqında hər hansı məlumat verilməyib. Yerli vaxtla saat 12:45 radələrində baş vermiş hadisə ilə bağlı istintaq başladılıb.

Yanğının saat 3:15 radələrində söndürüldüyü deyilir.

Ərazidəki məktəb və yaşayış evlərinin zəhərli maddəyə məruz qaldığı üçün əhali evakuasiya edilməli idi.

"Havanın keyfiyyəti yoxlanıldıqdan sonra evakuasiya ləğv edildi", - deyə rəsmilər bildirib.

"Union Pasifik" şirkəti qəzaya və dəymiş ziyana görə üzr istəyib.

#BREAKING: At least 16 train cars are derailed and multiple ones are on fire in Dupo, Illinois. No word on any injuries at this time.
More here: https://t.co/JE5mxDKZyI pic.twitter.com/VKJ3oU5ByD

— KMOV (@KMOV) September 10, 2019

Pərvanə

AzNews.az