Türkiyədə dəhşətli qəza – Çoxlu sayda ölən və yaralanan var

11 Sentyabr 2019 12:32 (UTC+04:00)

Türkiyənin Bitlis əyalətinin Hizan mahalında sərnişin daşıyan mikroavtobusunun aşması nəticəsində 8 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə AzNews.az “Sabah” nəşrinə istinadən xəbər verir.

Qəza yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.

Məlumata əsasən, yaralılar təcili yardımla Hizan Dövlət Xəstəxanasına çatdırılaraq nəzarət altına alınıblar.

Bildirilir ki, mikroavtobus səhər saat 10:00 radələrində sürücünün idarəsindən çıxaraq dərəyə yuvarlanıb.

Gül Qədirli

AzNews.az