Fransanın yeni səfiri Azərbaycana sentyabrın sonlarında gələcək

11 Sentyabr 2019 12:34 (UTC+04:00)

Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Zaxary Qross sentyabrın sonlarında Bakıya gələcək.

Z.Qross etimadnaməsini Azərbaycan Prezidentinə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, Z.Qross bu vəzifədə Oreliya Buşeni əvəz edəcək.

O, daha əvvəl Fransanın xarici işlər üzrə baş müşaviri vəzifəsində çalışıb. (Report)