Zelenski qərəzli işinə görə MSK-nın səlahiyyətlərini dayandırmaq niyyətindədir

11 Sentyabr 2019 13:19 (UTC+04:00)

Ukrayna Prezidenti Vladimir Zelenski qərəzli işinə görə Mərkəzi Seçki Komissiyasının səlahiyyətlərini vaxtından əvvəl dayandırmaq niyyətindədir.

RİA "Novosti"yə xəbər verir ki, bu barədə Ali Radanın "Xalqın xidmətçisi" fraksiyasından olan deputatı Alina Zaqoruyko bildirib.

Bundan əvvəl parlamentin Mətbuat xidmətinin rəhbəri İrina Karmelyuk V.Zelenskinin Ali Radaya MSK üzvlərinin səlahiyyətlərinin vaxtından əvvəl ləğvi ilə bağlı təqdimat göndərdiyini bildirmişdi.

"Təqdimatda qeyd olunur ki, MSK qeydiyyata alma zamanı qərəzli davranıb və seçki qanunvericiliyinin prinsiplərinə zidd hərəkət edib. Bundan əlavə, sənəddə hakimlərin qərarları ilə bağlı statistika da yer alıb. Sonradan məhkəmələr tərəfindən ləğv edilmiş, MSK-nın hərəkətlərinin isə qanunsuz elan edildiyi 28 MSK qərarı göstərilib", - A.Zaqoruyko vurğulayıb.

Onun sözlərinə görə, təqdimatda həmçinin MSK-nın parlament seçkilərində namizədlərin tərcümeyi-halındakı məlumatların müəyyənləşdirilməsində qərəzli mövqeyindən danışılır. (report)

AzNews.az