Məktəb direktoru pul aldığı üçün tutuldu

11 Sentyabr 2019 14:48 (UTC+04:00)

Türkiyənin Tekirdağ bölgəsinin Süleymanpaşa yaşayış məskənində bəxşiş adı altında valideynlərdən pul yığan bir məktəb direktoru və bir məmur saxlanılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Tekirdağ Polis idarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizə şəbəsinin əməkdaşları bir məktəbdə bəxşiş adı altında valideynlərdən pul alınmasına görə araşdırma başladıb.

Məktəb direktoru H.T-nin ofisində və məmur olaraq çalışan N.E-nin otağında axtarış edilib. Axtarış zamanı tələbələrin adlarının qarşısında 1500 lirə yazılmış kağıza bükülü sənədlər tapılıb.

Səidə Vahid

AzNews.az