Türkiyədə dəhşətli qəzada ölənlərin sayı 10-a çatdı

11 Sentyabr 2019 14:43 (UTC+04:00)

Türkiyənin Bitlis vilayətində mikroavtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. Öncə bu rəqəmin 8, xəsarət alanların isə 5 nəfər olduğu deyilmişdi.

Həlak olanların hamısı Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, daha öncə Türkiyənin daxili işlər naziri Süleyman Soylu da ölkədə yol-nəqliyyat hadisələrinin sayının artmasından narahatlığını ifadə etmişdi.

Xatırladaq ki, mikroavtobus səhər saat 10:00 radələrində sürücünün idarəsindən çıxaraq dərəyə yuvarlanıb. (Trend)