"Azərbaycanda uşaqpulu verilmir" fikrini səsləndirmək doğru deyil - Əli Əhmədov

11 Sentyabr 2019 14:53 (UTC+04:00)

Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada "ölkədə "uşaqpulu" verilmir" məntiqini qəbul etmirəm.

Bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: "Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur".

Ə.Əhmədov vurğulayıb ki, bu baxımdan "Azərbaycanda "uşaqpulu" verilmir" fikrini səsləndirmək doğru deyil: "Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır.

Siz bunu "uşaqpulu" formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər.

Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur". (Trend)