AŞPA sədri Bakı səfərindən danışdı

11 Sentyabr 2019 15:33 (UTC+04:00)

Bu, Azərbaycana ilk səfərimdir. Səfər mənə ölkənizi yaxından tanımağa imkan verəcək.

Bunu Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Lilian Mori Paskye jurnalistlərə açıqlamasında deyib.

AŞPA prezidenti Avropa Şurasına üzv ölkələr arasında dialoqun vacibliyini qeyd edib.

"Dialoq çox vacibdir, çünki yalnız bu yolla mövcud problemləri birlikdə həll etmək olar", - o bildirib. (Report)