Honkonq birjası Londonun növbəti birjasına göz dikdi

11 Sentyabr 2019 16:00 (UTC+04:00)

Honkonq birjası 36 milyard dollara London fond birjasını almaq niyyətindədir.

Bu barədə AzNews.az “South China Morning Post”a istinadən xəbər verir.

Honkonqun “Hong Kong Exchanges and Clearing Limited” birjası “London Stock Exchange Group” operatoruna aktivləri birləşdirməyi təklif edib.

Bu, Honkonq birjasının 2012-ci ildə London metal birjasını aldıqdan sonra ikinci xarici əmanəti olacaq.

AzNews.az