Xaçmaz-Xudat yolunda baş verən yol qəzası zamanı 5 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Hazırda yaralıların müalicəsi travmatologiya şöbəsində davam etdirilir.
13:48
Xaçmaz-Xudat yolunda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Bunlar 1963-cü il təvəllüdlü Tofik Məmmədrza oğlu Axundov, 1988-ci il təvəllüdlü Raziyyə Beybut qızı Axundova, 2014-cü il təvəllüdlü Nuray Mahir qızı Axundova, 2017-ci il təvəllüdlü Nilay Mahir qızı Axundova və 1999-cu il təvəllüdlü Allahverdi Behbudovdur.
13:11
Xaçmaz-Xudat yolunda yol qəzası baş verib.
Hadisə nəticəsində 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Report)
AzNews.az