Medvedev: Öz pendirimiz də pis deyil

11 Sentyabr 2019 17:02 (UTC+04:00)

Rusiya artıq pendir istehsalına başlayıb və heç də pis deyil.

Bunu Rusiyanın Baş naziri Dmitri Medvedev “Rossiya 24” telekanalının canlı yayımında deyib.

D.Medvedev Fransa pendirlərinin Rusiya mağazalarında peyda olub-olmayacağı barədə suala cavab verərkən Rusiya istehsalı olan pendirləri tərifləyib.

Nazir əlavə edib ki, Rusiya pendirləri həm yerli, həm də Avropa reseptləri ilə hazırlanır. (Trend)