İndoneziyanın keçmiş prezidenti vəfat etdi

11 Sentyabr 2019 18:42 (UTC+04:00)

İndoneziyanın keçmiş prezidenti Buharuddin Yusif Həbibi 83 yaşında dünyasını dəyişib.

“Jakarta Post” xəbər verir ki, Həbibinin səhhəti ötən gün qəfil pisləşib. Cakartada xəstəxanaya yerləşdirilən eks-dövlət başçısının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Həbibi 1998-ci ildə prezident seçilib. 1999-cu ildə parlament yeni ölkə başçısını seçənədək o, bu vəzifədə qalıb.(qafqazinfo.az)

AzNews.az