Bu klub baş məşqçisini istefaya göndərdi

11 Sentyabr 2019 19:08 (UTC+04:00)

İspaniyanın “Valensiya” klubu baş məşqçisi Marselino Toralı istefaya göndərib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Maraqlıdır ki, istefanın səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Marselino Toral "Valensiya"nın baş məşqçi postuna 2017-ci ildə təyin olunub.(qafqazinfo.az)

AzNews.az