Ərdoğanla Merkel Suriyanı müzakirə etdilər

11 Sentyabr 2019 19:33 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə telefonda danışıb.

Türkiyə KİV-i xəbər verir ki, tərəflər suriyalıların köçü məsələsi ilə yanaşı, Suriya və Liviyadakı hadisələri müzakirə ediblər.

Xatırladaq ki, Ərdoğanla Merkel sonuncu dəfə avqustun 20-də telefonla danışmış, ikitərəfli əlaqələr və regional məsələləri gündəmə gətirmişdilər.(qafqazinfo.az)

AzNews.az