Tayvanda 5 min ördək məhv edildi, səbəbi...

11 Sentyabr 2019 21:13 (UTC+04:00)

Tayvanın cənubunda fermaların birində "quş qripi" ilə əlaqədar 5 min ördək məhv edilib.

Vandan şəhəri yaxınlığındakı fermaların birində H5N2 quş qripi virusu ştammı aşkar edilib.

Qeyd olunur ki, fermada ümumilikdə 5 119 ördək məhv edilib.

Həmin fermada, eləcə də qonşu fermalarda sterilizə əməliyyatları keçirilib.(trend.az)

AzNews.az