11 yaşlı qızı maşın vurdu

11 Sentyabr 2019 21:37 (UTC+04:00)

Qax rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Tasmalı kəndində qeydə alınıb.

Qax sakini 25 yaşlı Yunis Şəkiliyev sükanı arxasında olduğu avtomobillə hərəkətdə olarkən 11 yaşlı Ləman Mirzəyevanı vurub. Yaralı dərhal Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az