Futzal üzrə millimizin rəqibləri məlum oldu

11 Sentyabr 2019 22:03 (UTC+04:00)

Futzal üzrə Azərbaycan milli komandası Rusiyanın Həştərxan şəhərində təşkil olunacaq “Caspian Cup 2019” beynəlxalq turnirində iştirak edəcək.

Sentyabrın 22-dən 25-dək keçiriləcək turnirdə millimiz Rusiya, İran və Qazaxıstan yığmaları ilə qarşılaşacaq.

Yığmamız sentyabrın 22-də Rusiya, ertəsi gün İran, ayın 25-də isə Qazaxıstan ilə qarşılaşacaq.(AZƏRTAC)

AzNews.az