Bakıda ehtiyat hissələri satılan şirkətdə oğurluq oldu

11 Sentyabr 2019 23:20 (UTC+04:00)

Bakının Xəzər rayonunda avtomobil ehtiyat hissələri satılan müəssisədən oğurluq edilib.

Cinayət faktı Şüvəlan qəsəbəsində yerləşən “Status Avto” MMC-də qeydə alınıb.

Bu barədə qurumun direktoru Vüqar Əzimov Xəzər RPİ-yə məlumat verib.

Zərərçəkmiş şəxsin sözlərinə görə, oğurluq əməli qurumun sürücüsü Ağahüseyn Abidinov tərəfindən törədilib. O, şirkətə məxsus akkumulyatoru və 190 litr benzini oğurlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.(apa.az)

AzNews.az