Xaçmazda fərdi yaşayış evində yanğın oldu

12 Sentyabr 2019 08:56 (UTC+04:00)

Xaçmaz rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verilir ki, hadisə Hacıəlibəy kəndində baş verib.

Bildirilir ki, yanğın zamanı ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin ikinci mərtəbəsində aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 50 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.