Şəki sakini dərmandan zəhərlənərək öldü

12 Sentyabr 2019 08:30 (UTC+04:00)

Şəkidə 45 yaşlı kişi dərman zəhərlənməsindən ölüb.

Sentyabrın 11-dən 12-nə keçən gecə rayonun Aşağı Göynük kənd sakini, 1974-cü il təvəllüdlü Habil Əsgər oğlu Abdulkərimov dərman zəhərlənməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə daxil olub.

Aparılan bütün tibbi yardımlara baxmayaraq, H.Abdulkərimov səhər saatlarında orada keçinib.

Faktla bağlı araşdırma aparılır. (APA)