Boltonun ardınca ABŞ administrasiyasının daha 3 üzvü istefa verdi

12 Sentyabr 2019 09:09 (UTC+04:00)

ABŞ liderinin milli təhlükəsizlik məsələləri üzrə sabiq köməkçisi Con Boltonun ardınca administrasiyanın daha 3 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, söhbət Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Qarret Marki və prezident köməkçisinin kommunikasiya direktoru Sara Tinslidən gedir.

Bundan başqa, Boltonun qrafikini tərtib edən Kristin Samuelyan da istefa ərizəsi yazmalı olub. (APA)