Bakıda 30 yaşlı gənc bıçaqlandı

12 Sentyabr 2019 09:23 (UTC+04:00)

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə Nərimanov rayon ərazisində yerləşən Şəki restoranının yanında baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Abbasov Əziz naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona sağ qasıq, başın təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (Report)