“Sultan Süleyman” aparıcılıq edəcək

12 Sentyabr 2019 10:49 (UTC+04:00)

Türkiyədə geniş tamaşaçı auditoriyası olan “Kim milyoner olmak ister?” intellektual şousunun aparıcısı dəyişib.

Bundan sonra yarışmanı tanınmış aktyor Halit Ergenç aparacaq.

Bir müddət istirahət etmək istəyən aktyor serialda çəkilmək istəmir.

Qeyd edək ki, yarışmanın aparıcısı Murad Yıldırım yenidən aktyor kimi fəaliyyətini davam etdirəcək. Aktyorun artıq “Ramo” adlı serialda baş rolda oynacağı da dəqiqləşib.

Halit Ergenç “Aliyə” teleserialında Sinan, “Min Bir Gecə”də Onur, “Möhtəşəm Yüzil”də Sultan Süleyman və “Vətənim Sənsən” tarixi teleserialında Cövdət obrazları ilə Azərbaycan tamaşaçısına tanışdır. (Oxu.az)