Bakıda ana övladlarını da götürüb evdən qaçdı

12 Sentyabr 2019 11:26 (UTC+04:00)

Bakıda ana və iki uşağı itkin düşüb.

Hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Nizami küçəsində yaşayan Balayeva Qüdrətxanım Heydər qızı ötən gün səhər saatlarında övladları 2011-ci il təvəllüdlü Balayev Mehdi Rövşən oğlu və 2016-cı il təvəllüdlü Balayeva Nigar Rövşən qızını götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumatda Q.Balayevanın psixi problemləri olduğu qeyd edilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. (Oxu.az)