İranda növbəti zəlzələ baş verib

14 May 2013 18:47 (UTC+04:00)


APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, təbii fəlakətin episentri Hörmüzqan vilayətinin Gövhəran şəhəri olub.

4,2 bal gücündə olan zəlzələ yerli vaxtla saat 14:32-də (Bakı vaxtı ilə 15:02-də) yerin 15 km dərinliyində meydana gəlib. Təbii fəlakət Gövhərandan 9 km, Minabdan 98 km, Manucandan 99 km və Tehrandan 1184 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Qeyd edək ki, son dörd gündə İranın Hörmüzqan, Fars, Kirman və Buşəhr vilayətlərində irili-xırdalı yüzlərlə yeraltı təkan qeydə alınıb.

AzNews.az