Bakıda avtomobil yolu keçən qadını öldürdü

12 Sentyabr 2019 11:38 (UTC+04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 11-də saat 8 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pərvanə Şahbazovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.