Xocəsən gölü təmizlənəcək - Rəsmi

12 Sentyabr 2019 11:40 (UTC+04:00)

Dünya Bankı Xocəsən gölünün bərpasına qrant ayırıb.

Bunu “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov bildirib.

Onun sözlərinə görə, artıq gölün təmizlənməsinə başlanılmaq üzrədir: “Bunun üçün tender elan edilmişdi. Hazırda məsləhətləşmələr aparılır. Gölün qurudulması ilə bağlı söhbət yoxdur”. (Report)