Yeni ada və boğaz tapılıb – Xəritə dəyişdi

12 Sentyabr 2019 11:47 (UTC+04:00)

Rusiya ekspedisiyası Frans-İosif arxipelaqında (Şimal Buzlu okeanda yerləşir – red.) Hall adasının yaxınlığında Littrov yarımadasının əvəzinə sahəsi 200 kvadrat kilometr olan yeni ada aşkar edib.

AzNews.az bildirir ki, RİA" Novosti " bu barədə donanmanın nümayəndəsi Vadim Serqaya istinadən məlumat verir.

Qeyd edilir ki, yeni obyektlər 2019-cu ilin sentyabr ayında Kompleks ekspedisiyanın hidroqrafik qrupu tərəfindən qeydə alınıb.

“Severomorslar “Surovaya” limanından Hidroqraf körfəzinə qədər yeni yaranmış boğazdan keçiblər, eləcə də dərinliklərin ölçülərini götürüblər, oradakı su axınının istiqaməti və sürətini müəyyənləşdiriblər", - deyə Serqa bildirib.

Qeyd edilir ki, ada artıq Rusiyanın xəritəsinə salınıb.

AzNews.az