Rusiyada şaurmadan 15 nəfər zəhərləndi - 5 azyaşlı da var

12 Sentyabr 2019 12:42 (UTC+04:00)

Ufada kütləvi zəhərlənmə olub.

15 nəfər kafelərdən birində şaurma yedikdən sonra kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlər arasında 5 azyaşlı da var.

"Şaurma Halal"da baş verən hadisədən sonra 13 nəfər hələ də infeksion xəstəxanada müalicəsini davam etdirir. Bir nəfər qadın hamilə olduğu üçün perinatal xəstəxanaya yerləşdirilib.

Hazırda kafe yoxlanılmaq üçün bağlanılıb. (Trend)