Novruz Məmmədov Gürcüstanın yeni baş nazirini təbrik etdi

12 Sentyabr 2019 12:59 (UTC+04:00)

Azərbaycanın Baş Naziri Novruz Məmmədov gürcüstanlı həmkarını təbrik edib.

Nazirlər Kabientindən verilən məlumata görə, N.Məmmədov Gürcüstanın Baş Naziri vəzifəsində fəaliyyətə başlaması ilə əlaqədar Giorgi Qaxariyaya təbrik məktubu ünvanlayıb.

Qeyd edək ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze sentyabrın 2-də istefa verib. Bundan sonra hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası hökumət başçısı vəzifəsinə daxili işlər naziri Giorgi Qaxariyanın namizədliyini irəli sürüb. Sentyabrın 3-də Gürcüstan parlamenti G.Qaxariyanın namizədliyini təsdiqləyib.

Sentyabrın 9-da isə Gürcüstan Prezidenti Salome Zurabişvili G.Qaxariyanın baş nazir vəzifəsinə təyin olunması barədə fərman imzalayıb.