Metroda "Wi-Fi" nə vaxt olacaq? - AÇIQLAMA

12 Sentyabr 2019 13:58 (UTC+04:00)

"Bakı Metropoliteni"nin stansiyalarında fiber optik şəbəkənin quraşdırılması prosesi sürətləndirilib.

Bu barədə "Bakl Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir:

"Fiber optik şəbəkə mertoda hərəkətin təşkili və daha təhlükəsiz idarə olunması ilə bağlıdır. Şəbəkənin çəkilməsi prosesi qurtardıqdan sonra stansiyalarda "Wi-Fi" quraşdlrıla bilər.

Bu məsələdə biz özümüz də maraqlıyıq. Amma prosesin yekunlaşacağı tarixi dəqiq deyə bilmərik". (Trend)