Nazir yeni rəis təyin etdi

12 Sentyabr 2019 14:18 (UTC+04:00)

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovnik-leytenantı Emin Zeynalov Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin rəisi təyin olunub.

Bu barədə Suraxanı Rayon Polis İdraəsindən məlumat verilib.

Qeyd edək ki, Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Faiq Hüseynov bir müddət öncə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə vəzifəsindən azad edilərək, Xızı RPŞ-nin rəisi təyin olunub. (Unikal.org)