Ağdamda azyaşlı qız faciəli şəkildə öldü

12 Sentyabr 2019 14:41 (UTC+04:00)

Ağdam rayonunda bədbəxt hadisə baş verib.

Hadisə rayonun Eyvazlı kəndində qeydə alınıb.

Rayon sakini, 12 yaşlı G.H. bacısı ilə yelləncəkdə yellənərkən yıxılıb və başı daşa dəyib. Burnundan qan açılan G.H. yaxınları tərəfindən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Daha sonra vəziyyəti ağır olduğu üçün Gəncə şəhərinə göndərilib. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Oxu.az)